BİTkol-un tələbələri “ÜMÜD” TV-nin tədbirində

Kollecimizin tələbələri Xocalı soyqırımına həsr olunmuş kompozisiyası ilə "Ümid TV-nin" tədbirində uğurla çıxış ediblər.

Xəbər və fotoları təqdim edirik.


“ÜMÜD TV " Xocalım ay Xocalım" adlı tədbir keçirdi.

Ümüd TV- nin təşkilatçılığı ilə " Xocalım, ay Xocalım" adlı tədbir keçirildi. Xocalının əsarət altında qalması və faciəsinin 25 illik il dönümü qeyd olundu. Tədbirdə bir çox media və ictimaətdən nümayəndələr iştirak edirdilər. Ümüd TV-nin Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbiri giriş sözü ilə aparıcılar Fəridə Nizamiqızı, Əli Məmmədzadə Xocalının ağrı acılı tarixindən söz açdılar.Tədbir zamanı çıxış üçün söz Türk Dünyası qəzetinin təsissçisi və baş redaktoru şairə, publisist Aybəniz Qafarlıya, Djb. az xəbərlər informasiya saytının təsisçisi və baş redaktoru şairə, publisist Almaz İlahə Əhmədova, Bibisi ən son xəbər saytının əməkdaşı Lalə Əlimirzəyeva, Kempo Federasiyasının prezidenti Rauf İbrahimov, World community MMC -rəhbəri və the world communitu jurnalının təsissçisi və baş redaktoru Ramilə Sultan, İnternet Ekspress qəzetinin təsisçisi və baş redaktoru Vüsalə Əlibəyli və bir çox iştirakçılar yaralı yerimiz olan Xocalı faciəsindən söz açdılar. Tədbir zamanı gələcəyimiz olan gənc nəslin mümayəndələri Bakı İdarəetmə və texnoloğiya kollecinin TGT-nın üzvləri söylədikləri şerlərlə tədbir iştirakçılarını kövrəltdilər. Tədbirin sonunda Ümüd Tv-nin Xocalı faciəsinə həsr edilmiş sənədli film iştirakçıların ixtiyarına verildi.
Almaz İlahə Əhmədova 
Nisə Əliyeva