Xocalı faciəsindən 25 il ötür...

Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisələrindən biri idi və Xirosima, Xatın faciələriylə eyni səviyyədədi.

1992-ci ilin qanlı faciəsinə qədər Xocalının  7 min əhalisi vardı. Fevralın 25-dən 26-dan keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın qədim Xocalı şəhərini yerlə yeksan etdilər . Şəhəri tərk etməyə çalışan dinc əhali meşələrə üz tutdu. O soyuq fevral gecəsi ermənilər əliyalın xocalılıları hər tərəfdən atəşə tutaraq , qətlə yetirdilər. Qaça bilən insanların bir hissəsi də soyuqdan , şaxtadan məhv oldu.

Soyqırım nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar , qadınlar əsir götürülərək ağasığmaz işgəncələrə məruz qalmışlar. Rəsmi sənədlərə görə, bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla - diri diri yandırılaraq, başları kəsilərək, gözləri çıxarılaraq  qətlə yetirilmişlər. Ermənilər hətta meyitləri təhqir etmişlər.

Bu faciə Azərbaycanın müstəqillik tarixinə qanlı hərflərlə yazıldı.

Bu gün Bakı İdarəetmə və Texnologiya kollecinin müəllimləri və tələbələri Xocalı faciəsinin anım tədbirində iştirak ediblər. Rəsmi hissədən sonra tələbələrimizin yaradıcı səyləri nəticəsində çox səviyyəli və təsirli kompozisiya mərasim iştirakçılarına təqdim olunub.

 

Xocalı soyqırımına həsr olunmuş anım mərasiminin FOTOVİDEO-su .