SpaceX bütün dünyada internetə qoşulmaq imkanı yaratmaq üçün orbitə 4425 süni peyk göndərmək niyyətindədi

Reuters-in  verdiyi məlumata görə, Sahibkar İlon Maskın yaratdığı Space X aerokosmik kompaniya Amerikanın  Federal rabitə komissiyasına  müraciət edərək, bütün planet üzrə internetə qoşulmağı təmin etmək üçün orbitə çoxsaylı peyk göndərmək üçün icazə istəyib.

Sənədlərə görə, SpaceX-in qrupu 4425 peykdən ibarət olacaq və orbitdə 1150-1325 km  hündürlükdə yerləşdiriləcək.  Bir peyk( günəş panelini çıxmaq şərtiylə) təqribən bir  ortaboy avtomobil ölçüsündə, çəkisi isə, 386 kq nəzərdə tutulub.

Layihənin həyata keçirilməsinin birinci mərhələsində kompaniya orbitə   800 peyk göndərməklə, siqnalın ABŞ,Puerto-Riko və Amerikaya aid Virgin adalarınını cəmləşdirən əraziyə yayılmasını təmin edəcək.

Xatırladaq ki, Maskın şəbəkəyə daxil olmaq üçün yaradacağı peyk sistemi planı haqda ilk xəbərlər hələ 2014-cü ildə yayılmışdı. KİV-i o zaman Mask və Google-ın keçmiş top meneceri Qreq Uaylın  orbitə 700 kiçik ölçülü peyk göndərmək planından yazırdı. Eyni zamanda partnyorlar həmin kosmik cihazları hazırlayacaq zavodu tikintisini də planlaşdırırdı.

2015-in yanvarında Google Fidelity investisiya fondu ilə bərabər SpaceX-in proyektini bir milyard dollar sərmayə etmişdi. Mask isə bu planın həyata keçməsinə 10 milyard dollar hesablamışdı.

 

Reuters xatırladır ki, şəbəkəyə daxil olmağı təmin etmək  SpaceX-in fikri olmaqla yanaşı, OneWeb və Boeing şirkətləri də bu tipli proyekt üzərində çalışırlar.