Google populyar servislərin uşaqlar üçün versiyasını hazırlayır


Dünyanın ən böyük axtarış sistemi olan Google özünün bir neçə məhsulunu 12-yaşına qədər olan  uşaqlara adaptasiya etməyi planlaşdırır. Belə ki, internet axtarışın, YouTube videoxostinqin və Chrome brauzerin uşaqlar üçün versiyası nəzərdə tutulur.

“Kompaniyanın  əməkdaşlarını bu işə  əsas  həvəsləndirən amil - uşaqların dünyaya gəlməsi faktı və onlar üçün mümkün qədər ziyansız və xoş olacaq məhsulun yaradılması istəyidir”, -  USA Today qəzetinə müsahibəsində Google –ın vitse-prezidenti  “uşaq” təşəbbüsü kompaniyasına başçılıq edən Pavni Divanji bəyan etdi.

Divanjinin sözlərinə görə, bu cür populyar məhsulun uşaqlara adaptasiya məsələsi  insanlarda müxtəlif suallar doğura bilər. Lakin iki uşaq (8 və 13 yaşlı) anası hesab edir ki, onsuzda bu və ya digər hallarda uşaqlar internet texnologiyayla təmasdadırlar ”. Elə buna görə də, ən yaxşısı, uşaqları  istifadə edə biləcəkləri texnologiyayla təmin etməkdir”,  -  deyir o.

Google  uşaqlar üçün adaptasiya olunacaq yeni məhsullarında valideynlərə uşaqlara nəzarət  etmək üçün daha çox  səlahiyyət verəcək. Yeni versiyalı məhsulun və proqramların istifadəyə veriləcəyi zamanı Google hələ açıqlamır.