Milli geyim və kuklalar

Xalqımızın Milli bayrmı “Novruz” münasibəti ilə BİTKol “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” fənn birləşməsinin müəllimləri və “Tikiş məmulatları” üzrə tədris emalatxanasının əməkdaşları, həmin ixtisas üzrə təhsil alan tələbələr hər il keçirdikləri “Moda xalqın milli ənənəsidir” adlı defile-sərgiyə hazırlaşırlar.

Ancaq bu dəfə Gəncə, Naxçıvan, Qazax, Tovuz, Şuşa, Xocalı, Cəbrayıl, Qubadlı, Zəngilan, Zəngəzur, Ağdərə, Tər-tər,  Cocuq Mərcanlı, Lələ təpə və ölkəmizin digər güşələrinə aid olan milli paltarlar Nəbi, Babək, Nigar, Həcər, Tomris və s. igid və gözəllərini təmsil edən kuklaların üzərində təqdim olunacaqlar.

Bu ideya kollecimizin müəlliməsi İlahə Nuriyeva və laborant Natəvan Səmədovaya məxsusdur.

Sərginin hazırlanmasında tələbələrə Natavan Səmədova, Aidə Əliyeva, Mahilə Tağıyeva, fənn birləşməsinin rəhbəri Nəzirə Bağırova və emalatxanın müdiri Sürayyə  İsmayılova yaxından kömək etmişlər.

 

Sərgidə təqdim olunacaq kolleksiyanın bəzi nümunələri burada.