BİTKol-da YAP-ın iclası

BİTKol-da YAP-ın iclası

YAP Nərimanov rayon təşkilatının Bakı İdarəetmə və Texnologiya Kolleci Təbriz küçəsi 51 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında hesabat seçki yığıncağı keçirilib.

Gündəlikdə duran məsələ haqqında kollecin tərbiyə işləri üzrə müavini Xalid Məcidov çıxış edərək bildirdi ki, ölkəmizin hər yerində, eləcə də bizim müəssisədə Yeni Azərbaycan partiyasının nüfuzu artmaqda və sıraları genişlənməkdədir. Daha sonra nüfuzlu partiya üzvləri Rafiq Salahov, Xəlil Bağırov öz çıxışlarında ərazi ilk partiya təşkilatının indiyə qədər fəaliyyətinə nəzərdən keçirib, qənaət bəxş hesab etdilər.

Daha sonra YAP Nərimanov rayon təşkilatının nümayəndəsi Nizami Babaşov qeyd edib ki, ötən dövr ərzində bu ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilə bilər.

Sonra isə Ərazi ilk, partiya təşkilatının əvvəlki sədri Vilayət İsmayılov iş yerini dəyişdiyinə görə yeni sədr və müavinlərin seçkisi keçirildi.

Partiya üzvləri Şakir Mikayılov sədr, Ramal Əməşov və Ülviyyə Abışova isə sədr müavinləri seçildilər.

Həmin yığıncaqda YAP Nərimanov rayon təşkilatının hesabat seçki konfrasına 5 nəfər nümayəndə təsdiq edildi.

 

Ətraflı.