Tələbələrinin nəzərinə!

Kollecimizin tələbələrinin nəzərinə!

Step Kompüter Akademiyasının Bakı filialı Azərbaycanda “Qızıl bayt 2017” Beynəlxalq kompüter istedadları çempionatı keçirir.

Çempionatın məqsədi Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkaşıfının stimullaşdırılması, istedadlı gənclərin dəstəklənməsi, onlara dünya miqyaslı mütəxəssislərlə ünsiyyət imkanı yaradılması və uğurlarının beynəlxalq aləmdə tanıdılmasıdır.

Çempionatın qaliblərinə yüksək məbləğdə pul mükafatı veriləcək.

Kollecimizin tələbələri arasında yüksək informasiya texnologiyaları baxımından yeni ideyaları və dünya görüşü olan, qısametrajlı video filmlər və digər yenilikçi işlərin öhdəsindən gələbiləcək innovativ gənclər bizə müraciət edə bilərlər.

Çempionata iştirakçıların seçimi 25 yanvar 2017-ci il 208-ci otaqda keçiriləcək.

 

Müdiriyyət