Direktorun tələbələrə müraciəti

Bakı İdarəetmə və Texnologiya Kollecinin direktorunun tələbələrə müraciəti:

Mən sizə gül balalarım, deyə müraciət edirəm: - Mənim gül balalarım! Sizin yazdığınız mətn onu oxuyan insanı mütəəssir etməyə bilməz. Şübhəsiz, məni də mütəəssir etdi. İstədiyimiz və çalışdığımız odur ki, o dedikləriniz arxada qalsın. “İmtahanlarımız şəffaf keçdi” cümləsini mərd- mərdanə və qətiyyətlə xəcalət çəkmədən söyləyə bilək. Əminəm ki, imtahanlara hazırlaşıb gələn tələbə zəhmətinin real nəticəsini görür və görəcək və öz uğurundan qürur duyacaq, müəllimlərini və valideynlərini sevindirəcəkdir.

Hazırda imtahanlar davam edir. Müvəffəqiyyətlə irəliləyən tələbələrimiz çoxdur. Hər birinizə bu tələbələrin qətiyyətini, məqsədyönlülüyünü arzulayıram. Gəlin, kollecimizdəki ümumi nikbin ruhu saxlamağa və onu dərk etməyə çalışaq ki, heç kəsin zəhməti hədər getmir və getməyəcək də.