Sakit: imtahan gedir!!!

Hörmətli sayt izləyiciləri!

Nəzərinizə çatdırırıq ki, yanvar ayının 5 – dən kollecimizdə semestr imtahanları keçirilir.

Bu prosesin şəffaf keçirilməsi məqsədilə rəhbərlik tərəfindən qəbul olunmuş ümumi davranış qaydalarını diqqətinizə çatdırırıq:

1. Tələbə imtahana tələbə bileti ilə buraxılır

2. İmtahanın gedişində tələbəyə icazə verilmir:

* digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq;

* kitabdan, mühazirə konspektlərindən və sair qadağan olunmuş materiallardan istifadə etmək və köçürmək;

* imtahan gedişi zamanı auditoriyadan icazəsiz çıxmaq və. s.

Bu şərtlərə əməl etməyən tələbə imtahandan xaric edilir və onun imtahan nəticəsi “0 - sıfır” balla qiymətləndirilir.

Bütün bu tələblərə baxmayaraq bəzi tələbələr ciddi pozuntulara, yəni, qulaqcıklar, proqramlaşdırılmış qurğular, qol saatlarına quraşdırılmış mikro – qulakcıklar və digər köməkçi vasitələrdən imtahan zamanı istifadə etdiklərinə görə, imtahan vərəqələri alınaraq, onlar auditoriyadan çıxarılıblar.

Əziz tələbələrimiz, məşhur bir filimdəki kimi bu qədər “ixtiralara” vaxt, vəsait və əmək sərf etməkdənsə, əlinizə kitablarınızı alıb imtahana ciddi şəkildə hazırlaşmanızı tövsiyyə edirik.

 

Imtahanda nəzarətçilər tərəfindən qanunsuz köməkçi vasitələrin və imtahanların gedişatını əks etdirən rəsmlərlə daha ƏTRAFLI tanış ola bilərsiz.