BAKI İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLECİNƏ TƏLƏBƏ QƏBULU BAŞLANDI.

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) Orta təhsil bazasıdan tələbə qəbulu elan etmişdir. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11-dək internet vasitəsilə aparılır. Müsabiqədə  iştirak ödənişlidir. (Ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi səhifəsində).

Bakı İdarəetmə və Texnologiya Kollecinə Orta təhsil (9illik) bazasından tələbə qəbulu aşağıdakı ixtisaslar üzrə planlaşdırılır:

1. Arxiv işi və kargüzarlıq - Az

2. Mühasibat uçotu – Az

3. Bələdiyyə təsərrüfatının təşkili – Az

4. Kompüter şəbəkələri – Az, Rus

5. Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti -  Az, Rus

6. Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı – Az, Rus

7. İnformasiyanın işləməsinin və idarəetmənin avtomatlaşdırılımış sistemləri – Az, Rus

8. İnformasiya texnologiyası sistemləri – Az, Rus

9. İnformasiya təhlükəsizliyinin təminatının təşkili – Az

10. Poliqrafiya  istehsalatının texnologiyası – Az

11. Tikiş məmulatlarının texnologiyası – Az

12. Ərtaf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə - Az

13. Turist, mehmanxana təsərrüfatının təşkili –  Az, Rus

14. Dizayn – Az

15. Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması - Az

Əlavə məlumat veriləcəkdir.