Bizim məqsədlərimiz:


1) Tələbə və şagirdlərin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək.

2) Tələbə və şagirdləri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq.

Direktordan müraciət

Respublikamızın inkişafı, müxtəlif sahələrdə olduğu kimi, təhsil sahəsində də özünü göstərir. Azərbaycanda təhsilin, elmin inkişafı ölkə başçımız möhtərəm prezident İlham Əliyevin diqqətindədir.

 

Bakı İdarəetmə və Texnologiya Kolleci texnologiyalar sahəsində gənclərin müxtəlif peşələrə yiyələnməsi və eyni zamanda onların Vətənimizə layiqli ixtisaslı kadrlar kimi yetişdirilməsinə xidmət edir.Kollecdə 18 ixtisas üzrə subbakalavr səviyyəsində kadr hazırlığı həyata keçirilir. Gələcək ixtisaslı kadrlar öz peşəsini və fənnini sevən müəllimlərlə əhatə olunmuşdur.Təhsil müəssisəsində müasir tələblərə cavab verən kompüter zalları, rəsm və tikiş kabinetləri, idman zalı, nəşriyyat, geniş akt zalı, kompüterlərlə təhciz olunmuş kitabxana, yeməkxana müəllim və tələbələrə xidmət edir.Təhsil alan tələbələrimizə texnologiyalara həvəs yaratmaq, onları gələcək müstəqil həyata peşəkar və fəal vətəndaş kimi yetişdirmək, öz ixtisaslarını yaxşı öyrənmələri üçün kollecdə lazımi şərait yaradılmışdır.